İsrail Suriyanın cənubunda barışıq üzrə sazişi tənqid edib

İsrailin baş naziri Binyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra Parisdə jurnalistlər qarşısında çıxış edərkən Suriyanın cənubunda sülh barədə Rusiya və ABŞ arasında əldə olunmuş razılığı tənqid edib.

Bizimsesimiz.info SalamNews-a istinadla verdiyi xəbərə görə, Netanyahu İsrailin Moskva və Vaşinqton hökumətlərinin Suriyanın cənubunda sülh barədə planına qətiyyətlə qarşı çıxdığını, belə ki, “bunun İrana regionda iştirakını genişləndirməyə imkan verəcəyini” bildirib.

“Haaretz” qəzeti yazır ki, B.Netanyahu bir həftə əvvəl qüvvəyə minən, İsrail və İordaniya ilə qonşu olan Suriya əyalətlərində toqquşmaları dayandıran Suriya üzrə Rusiya-ABŞ sazişinə ilk dəfə olaraq münasibət bildirib. Onun fikrincə, Suriyada sülh barədə bu saziş “bu ölkədə İranın iştirakını əbədiləşdirəcək”.

Xatırladaq ki, Suriyanın cənubunda sülhün təmin edilməsi haqqında anlaşmaya iyunun 7-də Almaniyanın Hamburq şəhərində keçirilən G20 samiti çərçivəsində Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında baş tutan ilk şəxsi görüş zamanı nail olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir