Bizimsesimiz.info  // Fələstin administrasiyasından rəsmi səlahiyyətli şəxs bildirib ki, İsrail və Səudiyyə rəsmiləri Misirin vasitəçiliyi ilə ötən həftə Qahirədə bir sıra gizli görüşlər keçiriblər.

İsraildəki adı açıqlanmayan bir rəsmi “Emirate” qəzetinə bildirib ki, görüşlər Təl-Əviv və Ər-Riyad arasındakı münasibətlərin isinməsinə səbəb olub.

“Bu, çox əhəmiyyətli hadisədir. İsrail və Səudiyyə rəsmiləri arasında aparılan danışıqlar Qahirədəki lüks oteldə baş verib” , – deyə rəsmi qeyd edib.

Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanı açıq şəkildə diplomatik əlaqələrə malik olmasalar da aralarında geniş və gizli əlaqələrin olduğu bildirilir.

Son bir neçə ay ərzindəki hesabatlar göstərir ki, iki rejim formal münasibətlərin qurulması üçün gizli görüşlər təşkil edirlər. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here