İsraildən Şərqi Qüdsdə 10 min mənzillik yeni yəhudi yaşayış yeri planı

Bizimsesimiz.info // İsrailin işğal altındakı Şərqi Qüdsdə yəhudilər üçün 10 min mənzillik yeni yaşayış məntəqəsi inşası planlaşdırdığı bildirilib.

Bu barədə İsrailin “Kanal 11” televiziyası xəbər verib. Xəbər görə, İsrail Qüdsün şimalındakı Qaləndiyə bölgəsində planlaşdırdığı yeni yaşayış məntəqəsində 10 min mənzil inşa etməyi düşünür.

Maliyyə Nazirliyinin yeni yaşayış məntəqəsiylə bağlı prosedurların başladılması üçün İnşaat Nazirliyinə milyonlarla şekel vəsait ayırdığı qeyd olunub.

Xəbərdə, həmçinin inşaat naziri Yoav Qalantın bu planı “mühüm sionist işi” kimi qiymətləndiridiyi vurğulanıb. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir