İsrailin baş naziri ilə Misir prezidenti arasında görüş baş tutub
İsrail Baş naziri Binyamin Netanyahu və Misir prezidenti Abdülfettah əl Sisi ilk dəfə görüş keçirib.
Bizimsesimiz.info “Sputnik”ə istinadən xəbər verir ki, iki lideri BMT-nin Baş Assambleyası sammiti çərçivəsində Nyu-Yorkda görüşüb və “Yaxın Şərq sülh prosesi”ni müzakirə edib.
Misir Prezident Administrasiyasının açıqlamasında bildirilir ki, görüşdə Sisi İsrail və Fələstinin problemin həlli üçün müzakirələrin bərpasının vacibliyini vurğulayıb.
Saat yarım davam edən görüşdə, sülh prosesinin bərpası və Fələstin dövlətinin qurulması yolları müzakirə edilib.