İsrailin baş naziri ilə qeyri-rəsmi görüş keçirən britaniyalı nazir istefa edib

Bizimsesimiz.info  // Böyük Britaniyanın Milli inkişaf naziri Priti Patel İsrailin rəsmi şəxsləri ilə gizli görüşlərinin ortaya çıxmasından sonra istefa edib.

SalamNews “Reuters”ə istinadən xəbər verir ki, rəsmi səfər üçün Uqandaya gedən nazir Baş nazir Tereza Mey tərəfindən təcili ölkəyə çağırılıb. Baş nazirlik ofisinda 30 dəqiqə davam edən görüşdən sonra  Patel istefa ərizəsini təqdim edib.

Priti Patelin İsraildə avqust ayında keçirdiyi tətil zamanı iki gün ərzində bəzi israilli siyasətçilər, QHT və şirkətlərlə ölkəsinin baş nazirinin xəbəri olmadan görüşdüyü meydana çıxıb. Patel görüşlərlə bağlı mətbuatda yayılan xəbərlərdən sonra bu görüşlərdən Xarici işlər naziri Boris Consonun xəbərdar olduğunu demişdi, amma Conson bunu təkzib edib. Priti Patel daha sonra etdiyi açıqlamasında Consonun da bundan məlumatlı olmadığını deyərək, üzr istəmişdi.

Patelin bu görüşlərdən əlavə İsrailin baş naziri Benyamin Netanyahu, Təhlükəsizlik naziri Gilad Erdan və Xarici işlər nazirliyinin rəsmisi Yuval Rotemlə də görüşdüyü məlum olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.