İsrailin cənubunda hərbi helikopter qəzaya uğradı

Bizimsesimiz.info // İsrailin cənubunda hərbi helikopterin hava bazasına enişi zamanı qəzaya uğraması nəticəsində pilot həlak olub, köməkçi pilot  isə ağır yaralanıb.

Hərbi nümayəndənin məlumatına əsasən, İsrailin cənubundakı İsrail Hava Qüvvələrinin (İAF) bazasında qəzaya uğrayıb. David Zohar adlı pilot həyatını itirib, köməkçi pilot isə ağır xəsarət alıb.

İAF təlim uçuşu zamanı baş verən qəza ilə əlaqəli texniki istintaq aparıldığını, bütün hərbi helikopterlərin də təlim uçuşlarına son qoyaraq tədqiqatın nəticələrini gözləməsini əmr edib.

İsrail mediası Apaçi növ helikopterlərdə daha əvvəl də daha böyük bir çat aşkarlandığını, keçən ay isə yenidən uçmağa başladıqlarını xatırladıb.