“İsrailin tələsinə düşməyin”- H.Ruhani

Bizimsesimiz.info  // İran prezidenti Həsən Ruhani region ölkələrindən İsrailin tələsinə düşməmələrini istədi.

İran mediasının məlumatına görə, H.Ruhani regionda baş verən böhranlarla bağlı bəyanatlar verib.

Region ölkələrinə İsrailin tələsinə düşməməyə çağıran İran prezidenti deyib: “Hizbullah Livan xalqının bir parçasıdır. Silahlar yalnız müdafiə məqsədlidir. Amma Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya və bəzi ölkələr Hizbullahı terror təşkilatları siyahısına salıb… Regionun bəzi şahzadələrinin avantürizmi Yaxın Şərqə zərər verəcək.”

Bundan başqa, H.Ruhani Fransa prezident Emmanuel Makronla telefonda danışıb. Söhbət zamanı İran prezidenti fransalı həmkarına deyib: “İranın İraq və Suriyadakı varlığı terrorla mübarizə ilə bağlı bu hökumətlərin dəvətilə reallaşıb… İran regionda hakim olmağı arzu etmir… Fransa məsələlərə real və qərəzsiz yanaşarsa, Yaxın Şərqdə konstruktiv rol oynaya bilər”.

Qeyd edək ki, Fransa Xarici İşlər naziri Jan İv le Drian (Jean-Yves Le Drian) cümə günü Səudiyyə Ərəbistanına səfəri zamanı İranın regionda hegemonluq qurmaq niyyətindən narahat olduğunu söyləmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.