İsrailli nazir müharibə proqnozu ilə Suriyanı təhdid etdi

Bizimsesimiz.info // İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman bu gün Livanın “Hizbullah” müqavimət hərəkatı ilə baş verə biləcək müharibə barədə danışıb.

Rejim naziri bildirib ki, yeni bir müharibə baş verəcəyi təqdirdə, Livan və Suriya İsrailin gözündə bir cəbhə olaraq görüləcək.

İsrailli əsgərlərlə görüşdə danışan Liberman Livan və Suriyanın İsrailin şimalında yerləşdiyini qeyd edərək , “Ölkənin şimalında baş verə biləcək növbəti müharibədə, Livan tək cəbhə olmayacaq. Livan və Suriyada “Hizbullah”dan, Bəşər Əsəd rejimindən və onlara kömək edənlərdən ibarət bir cəbhə var”, -deyə söyləyib.

“Hizbullah”ın uzaqmənzilli raketlərindən də danışan rejim naziri müharibə olduqda Livanda yerləşən mülki infrastrukturları ağır şəkildə bombalayacaqları xəbərdarlığını edib.

Xatırladaq ki, 2006-cı ildə İsraillə Livan arasında baş verən və tarixə “33 günlük müharibə” adıyla düşən müharibədə İsrail “Hizbullah” tərəfindən ağır məğlubiyyətə uğradılmışdı. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir