İstanbulda məhkəmə ABŞ konsulluğunun daha bir əməkdaşının saxlanılmasına order verib
Bizimsesimiz.info // Türkiyədə məhkəmə ABŞ-ın İstanbuldakı konsulluğunun daha bir əməkdaşının saxlanılmasına order verib.
SalamNews “Anadolu” agentliyinə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs Fətullahçı Terror Təşkilatı ilə əlbir olmaqda şübhəli bilinir.
Məlumata əsasən o,Türkiyə vətəndaşıdır. Saxlanılmasına sanksiya verilən şəxs konsulluq binasını tərk etmir.
Qeyd edək ki, oktyabrın 4-də ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Topuz Konstitusiya qaydalarını pozmaqda, gizli məlumatları ötürməklə və hökuməti devirmək təşəbbüsündə təqsirli bilinib.