Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak edib. Halbuki, Siyavuş Novruzov xüsusi karantin rejiminin qaydalarının pozulması ilə bağlı cəzaların sərtləşdirilməsinin tələb edirdi.

Yenisabah.az YAP-çı deputatla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

– Siyavuş müəllim, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinizə görə tənqid hədəfinə gəlmisiniz…

– O toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub.

– Amma sosial şəbəkələrdə yayılan videodan görünür ki, mərasim açıq havada keçirilməyib və sosial məsafə gözlənilməyib.

– Hamısı gözlənilib. Hər bir masanın arasında 3-4 metr məsafə var idi.

– Videoda belə görünmür axı…

– Ola bilər sizin videoda belə veriblər.

– Bizim video deyil, toydan çəkilmiş videodur…

– Bilirsiniz, iştirak eləmişəm, düz eləmişəm.

– Siz demişdiniz ki, karantin qaydalarını pozmaqla bağlı cəzalar sərtləşdirilsin.

– Bəli, bəli. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər. Mən boyda kişinin sözünü qoymusan, videoya inanırsan.

– Video başqa yerdən çəkilməyib. İndi gözümüzlə gördüyümüzə inanmayaq?

– Yox, yox. Mən çəkən kimdi onu da bilirəm. Əfqanıstanda “naçalnik razvetka”nın sədri (!) işləmişəm. Onu da bilirəm, bunu da bilirəm. Hər şey orada gözlənilib, qayda-qanuna da əməl olunub.

– Toy neçə saat çəkib?

– Mən onu deyə bilmərəm.

– Yaxşı, siz neçə saat iştirak eləmisiniz?

– Mən onu necə deyim?! Qəzetlikdir bəyəm?! Neçə saat iştirak etməyim mənim işimdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here