İsveçdə məsciddə yanğın baş verib
Bizimsesimiz.info // İsveçdəki Örebro şəhərindəki məsciddə yanğın baş verib.
Şəhər yanğınsöndürmə xidmətinin rəhbəri Ulf Jakobsen, məscidin tamamilə yararsız hala düşdüyünü bildirib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
2007-ci ildə Vivalla qəsəbəsində inşa edilmiş məsciddə eyni zamanda 250 nəfər ibadət edə bilirdi. // SalamNews