İtməyən Əməl- HEKAYƏ

Bizimsesimiz.info  // Sənan Hümbətov, gənc yazar

Bir göz qırpımında yayılmışdı bu acı xəbər , bütün xəstəxana bu xəbərlə çalxalanırdı… Həkimdən tutmuş xəstəyə kimi hər kəsin üzünə bir hüzün çökmüşdü sanki…Xəstəxananın baş həkimi təcili əməliyyat olmalı idi. Tərslikdən bu əməliyyat ancaq xaricdə mümkün ola bilərdi, lakin bütün həkim yoldaşları onun bu vəziyyətdə uzaq yola getməsinə dözə bilməyəcəyi mövzusunda həmfikir idilər. Bir möcüzə gözləyirdi hamı…. Axı, O, həm yaxşı həkim, həm də gözəl insan idi..Bu xəbəri eşidənlər , canı könüldən dua edir , baş həkimə bir işıq yolu olacağını ümid edirdilər.. Bu zaman haradan xəbər aldığı bilinməyən gənc bir həkim xəstəxanaya gəlir..Və bu gündən burada cərrah işləyəcəyini bildirir…Gənc həkim, “həkimlər otağı”na girir və bütün həkimləri çarəsiz , hər şeydən ümidini üzüb , halı-pərişan olduqlarını görür. ..Tanınmış bir cərrah olması barədə bütün sənədləri təqdim etdikdən sonra, məsələnin nə yerdə olduğunu öyrənir..Xəstənin bütün sənədlərini gözdən keçirib, əməliyyatın nə qədər risqli və təhlükəli olduğunu bildiyi halda, tərəddüd etmədən boynuna götürür..Və hər şeyin yaxşı ola biləcəyini söyləyir…. Bütün təhlillər olunduqdan sonra, gənc həkimin özü də bilmədiyi bir qüvvə və cəsarətlə əməliyyat vaxtını təyin edir… Və… gözlənilən böyük gün gəlib çatır… Gənc həkim ilk dəfə ayaqları üstə belə böyük mətinlik və qürurla durduğunu hiss edir sanki.. Heçnəyə baxmadan var gücü ilə əməliyyatı başa vurur.. Əməliyyat müvəffəqiyyətlə nəticələnir…Lakin gənc həkim hələ də ona doğmalıq edən bu hissin haradan gəldiyini bilmək üçün can atır tələsirdi elə bil. .Bütün təkidlərə baxmadan baş həkimin yanında oturub ayılmasını gözləyir. .və bütün nəzarəti öz əlində saxlayır..Həyatında cavab tapmaq istədiyi sual nə idi gənc həkimin?..niyə o baş həkimin ayılmasını bu qədər səbirsizliklə gözləyirdi heç özü də bilmirdi..Ama ürəyinə dammışdı ki axtardığını tapacaq. . Və beləcə. .Gecənin bir yarısı… Sakit və səssiz əməliyyat sonrası reanimasiya otağında gözünü açan baş həkim, elə ilk olaraq onu əməliyyat edən gənc həkimi gördü. ..Bütün səbirsizliyi ilə xəstəsinin ayılmağını gözləyən gənc həkim onun əlini əlinə alıb gülümsədi… Baş həkim ,ancaq bir atanın övladına göstərə biləcəyi qayğı və sevgiylə ,əlini gənc həkimin əli üzərinə qoyaraq danışmağa başlayır: – Allah razı olsun övladım…Məni necə böyük bir duyğu və iradə ilə,cəsarətlə əməliyyata hazırladığını görəndə , bir zamanlar eynilə mənim də sənin kimi gənc bir həkim ikən etdiyim bir cəsarət gəldi ağılıma… …İllər öncə bir ana gəlmişdi xəstəxanaya. Doğum etmək üzərə idi. Ultrasonda uşağın iki qıçının da şikəst olduğunu görüncə, onun belə yaşamağındansa ölməsinin daha yaxşı olacağını düşünmüşdüm. Amma ürək atışlarını eşidikdə dözə bilmədim və doğulmasına qərar verdim. Sağlam əhali planlaması bəhanəsiylə bir çox cana qıyan sistemin inadına iki qıçı şikəst olan o uşağın yaşamasına vəsilə oldum. Allah həqiqətən heç bir yaxşılığı qarşılıqsız buraxmır , oğlum. İnşallah mənə etdiyin bu yaxşılığın da qarşılığını görərsən… Gənc həkim yaşlı baş həkimin gözlərinə ancaq bir övladın baxa biləcəyi sevgiylə baxaraq, yenə eyni şəfqətlə əlini baş həkimin əlindən yavaşca çəkib, şalvarının paçalarını sıyıraraq ,dizlərindən aşağısı taxma ayaq olan iki ayağını göstərib,göz yaşı içində : – ” Bəli… Allah heç bir yaxşılığı qarşılıqsız buraxmır,”deyə bilir. . “Qurtardığınız o uşaq mən idim!..” demək istəsədə, artıq ehtiyac qalmır.Çünki baş həkim artıq anlamışdı… Və gənc həkim onu bu xəstəxanaya niyə məhz bu vaxta gəlib təyin olunmasının səbəbini. .həmdə onu illərdi narahat edən , axtardığı kimsəni tapmışdı… Demək , Tanrım heç bir qulunun boynunda qul haqqı qoymur…

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.