Amerika Havaçılıq və Kosmos İdarəsi – NASA-nın kosmik gəmisi “Juno” Yupiterdə əsrlərlə davam etmiş antisiklonik fırtına – “böyük qırmızı ləkə”nin sirrini çözmək üçün planetə yaxın uçub.

“Voyager” və “Galileo” kosmik gəmilərinə nisbətən Yupiterə daha çox yaxınlaşan “Juno” bu planetdə 16 min kilometr genişliyindəki fırtınanın səbəbini tapmaq üçün “əhəmiyyətli addım” adlandırılıb.

“Juno” xaricindəki 8 rabitə vasitəsilə açıq şəkildə “böyük qırmızı ləkənin buludlarının təxminən 9 min kilometr üstündən keçərək məlumat toplaya bilib.

San Antoniodakı “Southwest” Araşdırma İnstitutu “Juno” üzrə baş elmi işçisi Skot (Scott) Bolton müsahibəsində bu barədə deyib: “Bu nəhəng fırtına əsrlər boyu günəş sisteminin ən böyük planetində baş verib. İndi “Juno” və onun rabitə vasitələri bu nəhəng fırtınanın necə meydana gəldiyini anlamaq, köklərinin dərinliyini görmək və bunu öyrənmək üçün getdi və səfərini tamamladı.”

Qeyd edək ki, NASA-nın məlumatına görə, təxminən 350 ildir şiddətlə əsən qazlı “böyük qırmızı ləkə” 1830-cu ildən bu yana insanlar tərəfindən izlənilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here