Bizimsesimiz.info // Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a müsahibəsində dini kəbin haqqında müəyyən fikirlər səsləndirib. Belə ki, kəbinin vacibliyini vurğulayan  QMİ rəsmisi bilərəkdən kəbin kəsməməyin kəffarəsi olduğunu qeyd edib və bunu axundlardan soruşmağı məsləhət görüb.

Maraqlıdır, həqiqətən də bilərəkdən kəbin kəsməməyin kəffarəsi var? Ümumiyyətlə son zamanlar kəbinə müraciət edənlərin sayında hansı dəyişikliklər müşahidə edilir?

Bu sualla “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənliyə müraciət etdik.  O, Modern.az-a açıqlamasında  bildirib ki, İslam dinində kəbinsiz ailə münasibətləri qurmaq günahdır:

“Dini kəbin İslamın qanunlarındandır və vacibdir. Son zamanlar bizə müraciət edən insanlara baxan zaman Sovet dövrünə nisbətən kəbinə önəm verən insaların sayının artıdığını görürük.  Kəbin kəsdirməməyin kəffarəsinə gəldikdə isə belə bir şey yoxdur. Amma  iki insan ailəli olan zaman kəbinin vacibliyini, mahiyyətini dərk edərsə, o zaman mütləq kəbin kəsilməlidir. Kəffarəsi olmasa da, kəbinsiz ailə münasibətləri qurmaq İslam dinində günahdır”.

Hacı Şahin Həsənli kəbinin geri oxunmasından, yəni talağdan da söz açıb:

“Talağ da eyni dini qaydadır. İnsanlar ayrılan zaman mütləq talağ oxunmalıdır.  Kəbinə nisbətən talağ haqqında məlumatlar daha azdır. Adətən insanlar boşandığı zaman talağ oxumurlar, amma buna da riayət etmək lazımdır. Çünki talağ oxunmadan dini nöqteyi-nəzərdən ailələr boşanmış sayılmır. Yəni talağ da kəbin qədər vacibdir.

Hədislərdə qeyd olunub ki, talağ Allahın bəyənmədiyi əməllərdəndir. İslam dini ailə həyatına önəm verir. Ailə, övladlar, onların tərbiyə edilməsi insanın mənəvi təkamülünə müsbət təsir göstərir. Qurani İstər ictimai,  istərsə də dini nöqteyi-nəzərdən ailələrin dağılması cəmiyyətin mənəvi aşınmasına səbəb ola bilər. Bu, çox ciddi mövzudur. Boşanmalar çox zaman insaların mənəvi zəifliyinin göstəricisidir.  Bu baxımdan çalışmaq lazımdır ki, ailələr dağılmasın”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here