Kəramət Salayev ilə tarixçi alim arasında görüş keçirilib
Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin mətbuat xidmətindən Bizimsesimiz.info -ya verilən məlumata görə dünən partiyanın təşkilat komitəsinin sədri Kəramət Salayev və tarixçi alim,Bakı Dövlət Universitetinin müəllimi Rami Əlizadə görüşmüşlər. Görüşdə XX yüzilliyin əvvəllərində mövcud olmuş milli təmayüllü siyasi partiyalar və bu gün həmin təşkilatların varisliyi, millətimizin son yüz il ərzində milli istiqlal mücadiləsi və bu mücadiləyə mane olan qüvvələr o cümlədən Cənubi Qafqaz dövlətləri ilə müqayisədə Azərbaycanın siyasi tarixi vəziyyəti, üzərinə düşən vəzifələr istiqamətində müzakirə – söhbət olmuşdur.
Sonda belə nəticəyə gəlinmişdir ki, bu görüş – müzakirələr ardıcıl keçirilsin və milli şüurun oyanışı istiqamətində tarixi proseslərin təhlili və ictimaiyyətə çatdırılması səylər birləşdirilsin.
Qeyd edək ki, Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin bu görüşdən sonra bir neçə tarixçi – ziyalı ilə görüş keçirəcəyi planlaşdırılır.
Bizimsesimiz.info