Kərbəlada sünnilər əleyhinə şüarlar səsləndirən 22 nəfər həbs edilib

Bizimsesimiz.info  // İraq Daxili İşlər Nazirliyi bu gün Kətbəla şəhərində məzhəb qarşıdurması yaratmaqda ittiham olunan 22 nəfərin həbs edildiyini açıqlayıb.

Bizimsesimiz.info  eastnews.org-a istinadla xəbər verir ki, İraqın daxili işlər naziri Qasım əl-Ərəci “İraq təhlükəsizlik qüvvələri Kərbəla şəhərində məzhəb qarşıdurması təşəbbüskarlarından 22 nəfər həbs etdi. Bu ölkənin pisliyini istəyənləri təqib edəcəyik” deyə, açıqlama verib.

Həbs olunanların sünni müsəlmanlarına qarşı nifrət dolu yazılı lövhə açdıqları və məzhəb qarşıdurması ifadə edən şüarlar səsləndirdikləri bildirilib.  Qeyd edək ki, Ərbəinlə əlaqədar İraqın Kərbəla şəhərinə Hz.Məhəmmədin (s) şəhid edilən nəvəsi İmam Hüseyn əleyhissəlamı ziyarət etmək üçün milyonlarla insan axın edir. Zəvvarları mühafizə etmək üçün təhlükəsizlik qüvvələri maksimum gücü ilə fəaliyyət göstərir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir