Bizimsesimiz.info  // Kərkük nefti Türkiyə üzərindən yenidən ixrac ediləcək. Bu barədə İraq Baş naziri Heydər əl-İbadi məlumat yayıb.

Heydər Əl İbadi, paytaxt Bağdadda jurnalistlərə verdiyi açıqlamada Kərkük neftinin ixracatı ilə əlaqəli ünvanlanan sualı  cavablandırıb. Başnazir  vurğulayıb ki,  Ceyhan limanından neftin yenidən ixrac edilməsiylə əlaqəli İraq Kürd Regional Rəhbərliyi ilə razılaşmalar var. Regional rəhbərliklə bəzi mövzulara dair problemləri də dialoq yolu ilə həll edəcəyimizə inanıram. Neftin ixracatı ilə bağlı Türkiyə və İraq Kürd Regional Rəhbərliyi ilə danışıqlarımız davam edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here