Kərkükdə 400 nəfərin ölüsü tapıldı

Bizimsesimiz.info  // İraqın şimalındakı Havice rayonunda terror təşkilatı DAEŞ tərəfindən öldürülən 400 nəfərin ölüsü kütləvi məzarlıqda ortaya çıxarıldı.

Kərkük valisi Rakan Said kütləvi məzarlığın bir hərbi bazanın yaxınlığında yerləşdiyini bildirib.

Qeyd edək ki, Bağdadın 240 kilometr şimalında yerləşən və DAEŞ-in 2014-cü ildən bəri tutduğu Havice (Hawija) rayonu 2016-ci ilin oktyabr ayında İraq ordusu tərəfindən geri alınıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.