Bizimsesimiz.info // İraq ordusu Kərkük əyalətinin “peşmərgə” qüvvələrinin əlində olan sonuncu qəsəbəsinə nəzarəti ələ keçirib.

SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, İraqın federal polis qüvvələri və xüsusi təyinatlı antiterror dəstələri əyalətin şimalında yerləşən Altunköprü qəsəbəsinə daxil olublar.

Mətbuatda yayılan xəbərlərə görə, şəhərin girişində “peşmərgə” qüvvələri ilə İraq ordusu arasında silahlı toqquşmalar baş verib. Lakin ölkənin güc strukturları bu xəbəri təkzib edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here