Kərkükdə kütləvi məzarlıq tapıldı

Bizimsesimiz.info // İraqın Kərkük şəhərində İŞİD terror təşkilatı tərəfindən öldürüldükləri iddia edilən 50 polis və əsgərə aid cəsədlərin yer aldığı kütləvi məzar tapılıb.

Bu barədə İraq Müdafiə Nazirliyinin bağlı Müharibə Media Şəbəkəsindən yazılı açıqlama verilib.

Açıqlamada, “Kərkükün Havicə rayonundakı əl-Bəkara kəndində İŞİD tərəfindən öldürülən 50 polis və əsgərin cəsədlərinin yer aldığı bir kütləvi məzar tapılıb”, – deyə bildirilib.

Kütləvi məzarlıqdakı cəsədlərin çıxarılmasına yönəlik işlərin başladığı qeyd edilib.

Xatırladaq ki, İraq qüvvələri İŞİD terror təşkilatının nəzarətdə saxladığı Havicə rayonu və ona bağlı 4 qəsəbəni 5 oktyabrda geri almışdı. //eastnews.org