Kərkükdə Türkmən Partiyasına hücum

Bizimsesimiz.info // İraqın Kərkük şəhərində Türkmən Millətçi Hərəkətinə qarşı silahlı hücum nəticəsində baş verən toqquşmada hücum edənlərdən biri öldürülüb.

Silahlı bir qrup Türkmən Millətçi Hərəkətin binasına hücum edib.

Partiya binasındaki təhlükəsizlik qüvvələrinin cavab verməsi nəticəsində baş verən toqquşmada iki nəfər isə yaralanıb.

Kərkük polisi gərginliyin qarşısını almaq üçün qadağa saatlar elan edib. Qərarın müddətinə dair isə məlumat verilməyib.

Bu arada İranın dəstək olduğu Haşdi Şabi silahlılarının ağır silahlarla şəhərin cənubunda yerləşdiyi bildirilir.

Anadolu xəbər agentliyinin məlumatına əsasən, Bağdaddan 70 maşınla  bölgəyə girən silahlılar Dakuk və Tazehurmatu qəsəbəsində yerləşib.

Haşdi Şabi silahlılarının terror təşkilatı DEAŞ-ın nəzarətindəki Havicəyə əməliyyat üçün ağır silahlar göndərdiyi qeyd olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir