Kabildə məsciddə partlayış törədilib, çox sayda ölən var
Bizimsesimiz.info // Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib.
Bizimsesimiz.info “Report”a istinadən xəbər verir ki, terrorçu-kamikadze İmam Zaman məscidinin içərisində özünü partladıb.
Xəbərdə dağıntılar altından ən azı 30 nəfərin meyitinin çıxarıldığı və ölü sayının artacağının istisna edilmədiyi bildirilir.