Kadırovdan şok: “Rusiyaya qarşı çıxmağa hazıram” – Video

Bizimsesimiz.info // Əgər Rusiya belə Myanma hökumətinin müdafiəsinə qalxsa, mən ona da qarşı çıxmağa hazıram.

Axar.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb. Myanmada müsəlmanları qətl edənləri şeytan adlandıran Kadırov öldürülən müsəlmanlar üçün dualar etməyə çağırış edib:

“Avropada nə isə partladılan kimi bizim KİV-lər cəsarətlə çıxış edirlər. Üç günə minlərlə adam öldürülüb, amma indi onlar susurlar. Əgər Rusiya belə bu cinayəti törədən şeytanları müdafiə etsə, mən onun mövqeyinə qarşı olacağam. Mənim öz baxışım, öz mövqeyim var”.

Qeyd edək ki, artıq Kadırovun bu çıxışı onun İnstaqram səhifəsindən silinib. Lakin onun görüntüləri hələ də Yutub sosial şəbəkəsində qalmaqdadır.

https://www.youtube.com/watch?time_continue=139&v=mxL2aX1mPJg

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir