Bizimsesimiz.info // Kanada hökuməti Misir əsilli Kanada vətəndaşı Ömər Kadrdan ABŞ-ın Qunatanamo həbsxanasındakı məhbusluq həyatına görə üzr istəməyə və ona böyük məbləğdə təzminat ödəməyə hazırlaşır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ö.Kadr 2010-cu ildə 15 yaşında Əfqanıstanda ABŞ əsgərini öldürdürməkdə günahkar sayılıb. Kanada Ali Məhkəməsi yeniyetməni “qəddar şəraitdə” dindirdikdən sonra 40 illik həbsə məhkum edib. Kanadalı gənc Quantanamoda qərb ölkəsinin ən gənc və son məhbus vətəndaşı idi.
Üç il həbsxanada yatan və 2015-ci ilin may ayında azadlığa buraxılan Kadra 10,5 milyon Kanada dolları təzminat ödənməsi haqqında qərar qəbul edilib ( 8 milyon ABŞ dolları). Müdafiəçiləri Kadrı əsassız azadlıqdan məhrum etdiyinə görə, Kanada hökumətinə qarşı 20 milyon Kanada dolları məbləğində iddia qaldırıb. Kanada hökuməti bu qərarı məcburiyyət qarşısında, ABŞ ilə olan müqaviləyə görə təzyiq altında verildiyini bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here