Kanadada 11 yaşlı hicablı qıza hücum edildi

Bizimsesimiz.info // Kanadanın Toronto şəhərində səhər məktəbinə gedən 11 yaşlı Xavlah Nomana yaxınlaşan bir nəfər onun hicabını kəsməyə çalışıb.

Hadisə qızın ailəsinin polisə müraciət etməsi nəticəsində ortaya çıxıb.

Pol Conson Cunior məktəbinin şagirdi olan Xavlah Noman jurnalistlərə verdiyi açıqlamada qorxduğunu deyib.

Xavlah dünən səhər qardaşı Məhəmməd Zəkəriyyə ilə məktəbə gedərkən arxasından bir nəfərin yaxınlaşdığını hiss etdiyini və dönüb baxdıqda ona qayçı tutduğunu gördüyünü söyləyib.

Həmin şəxsin onun hicabını iki dəfə kəsməyə çalışdığını bildirən Xavlah “Qışqırandan sonra qaçdı, ancaq bir neçə dəqiqə sonra yenə gəldi. Hicabı yenidən kəsməyə davam etdi”, – deyə bildirib.

Məktəbə piyada getmək fikrinin artıq özü üçün həqiqətən qorxuducu olduğunu dilə gətirən Xavlah həmin şəxsə müraciət edərək, “Etməyə çalışdığınız şey hər nədirsə, həqiqətən səhvdir. Xüsusən bir uşağa qarşı bu cür rəftar edilməməlidir”, – sözlərindən istifadə edib.

Hadisə ilə əlaqədar açıqlama verən Kanada Baş naziri Castin Trudo “Qəlbim dininə görə hücuma məruz qalan bu azyaşlı qızla birlikdədir. Onun nə qədər qorxduğunu fikirləşə bilmirəm.

Onun və ailəsinin, dostlarının və müsəlman cəmiyyətinin bunu bilməsini istəyirəm ki, Kanada bu deyil”, – deyə qeyd edib. Ontario Baş naziri Kelin Uin və Toronto bələdiyyə sədri Con Tori də açıqlama verərək, hücumu pisləyib.

Digər tərəfdən, Toronto polisinin hadisə ilə bağlı “nifrət cinayəti” araşdırması başlatdığı və qaçan şəxsin yaxalanmasına çalışdığı bildirilib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir