Xəstəliyin dinamikası azalan fazada davam edərsə, karantin rejiminin yumşaldılmasının növbəti mərhələsinə 4 mayda keçilə bilər.

Bizimsesimiz.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, hər şey vətəndaşların növbəti mərhələdəki qaydalara əməl etməsindən asılı olacaq:

“Hamımız qaydalara nə qədər çox riayət etsək, növbəti mərhələlərə keçid bir o qədər tez olacaq”.

Qeyd edək ki, bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here