9 May faşizm üzərində Böyük  Qələbə qabağı-7 mayda Petrozavodskun Dostluq evində bizim nurlu gələcəyimiz üçün  döyüşən Böyük Vətən müharibəsi  veteranları üçün regionun Azərbaycan icması tərəfindən  mədəni proqramla müşayət olunan bayram süfrəsi təşkil olunub. “Odlar Yurdu”- “Azərbaycanlıların  milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional  ictimai təşkilatının aktivistləri böyük qonaqpərvərliklə veteranlar üçün təşkil olunan geniş tədbirdə veteranlara diqqət  və dərin ehtiram göstərdilər.Veteranlarla görüş çox rahat,sanki ailə  şəraitində keçdi.

Veteranlar isti qəbula və onlara göstərilən diqqətə görə məmnun qaldılar.Onlar öz döyüş yoldaşlarını yada saldılar,onlara göstərilən qayğıya görə tədbiri təşkil edənlərə təşəkkür etdilər.

Öz növbəsində tədbiri təşkil edən Azərbaycan icmasının üzvləri də Vətənə məhəbbətləri, fədakarlıq və qəhrəmanlıqları ilə  nümunə göstərən veteranlara minnətdarlıq etdilər.

Veteranlar üçün Böyük Vətən müharibəsi  haqda , çoxmillətli sovetlər ölkəsinin faşizm üzərində qələbəsi, Azərbaycanın bu müharibədə  töhvəsi, rolu haqda sənədli film nümayiş olundu.

Veteranlar, aktivistlər müharibə illərinin mahnılarını oxudular ,hətta rəqs etdilər.

Tədbirin ən təsirli hissəsi isə müharibə illərinin ən populyar mahnısı olan “Katyuşa” mahnısının Azərbaycanın milli musiqi aləti olan sazda ifa edilməsi oldu. Bir sözlə görüş çox şən ,dadlı  və dostluq mühitində keçdi.

Görüş zamanı veteranlara  hədiyyələr verildi.

Tədbirin əsas təçkilatçısı olan  “Odlar Yurdu”- “Azərbaycanlıların  milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional  ictimai təşkilatının sədri Akif  Nəcəf oğlu Quliyev bildirdi ki, hər il azalan dəyərli veteranlar üçün  bu cür tədbirin keçirilməsi çox sevindiricidir:

“Bizim üçün veteranlara diqqət və kömək  göstərmək artıq hət il baş verən xoş ənənəyə çevrilib

Bu dəfə biz 19 nəfər dəvət etmişdik   və çalışdıq ki, veteranlar üçün ev abu-havası, istiliyi yaradaq .Güman edirik ki,bu bizdə alındı.

Bu gözəl tədbirin tərsəyə gəlməsi, etdikləri dəstəyə görə veteranlar şurasının  sədri Sergey Pavloviç Qordinə ,onun müavini Slaşeva Anastasiya Pavlovnaya, həmçinin bu görüş üçün həmrəylik göstərən aktivistlərimizə təşəkkür edirəm”

fnkaa.ru

Tərcümə:İmran Kərimli

          

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here