Kaşıkçı cinayətinin təşkilatçısı hələ müəyyən edilməyib – Türkiyə rəsmisi
Türkiyə, Camal Kaşıkçı cinayətindəki mövqeyi ilə dünya ictimaiyyətinə göstərdi ki, kimsə onun sərhədləri daxilində belə cinayətlər törətməyə cəsarət etməməlidir. Bunu etmək istəyənlər cinayətin arxasında kim olursa-olsun bunun əvəzini ödəyəcək.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə bu məsələyə çox ciddi yanaşır və araşdırmanın şəffaf şəkildə icrasının tərəfdarıdır.
Fuad Oktay qeyd edib ki, jurnalistin qətlinin təşkilatçısı hələ ki müəyyən edilməyib.