Portuqaliya “Portu”sunda çıxış edən ispaniyalı qapıçı İker Kasilyas idmançı karyerasını başa vurub.

“Report”un “Goal.com”a istinadən məlumatına görə, xəbəri klubun prezidenti Jorje Nunu Pintu da Koşta da təsdiqləyib.

Kasilyas 2019-cu ilin mayında keçirdiyi infarktdan sonra çıxışlarını bərpa etməyəcək. O, İspaniya Kral Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürməyi planlaşdırır.

Qeyd edək ki, İker Kasilyas “Real Madrid”in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here