Kataloniya hökumətinin 8 üzvü həbs edildi

Bizimsesimiz.info  // İspaniyanın Milli Məhkəmə Kollegiyası Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs qətimkan tədbiri seçib. Bizimsesimiz.info SalamNews-a istinadən xəbər verir ki, onların arasında bölgənin keçmiş vitse-prezidenti Uriol Junkeras da var.

Həbs edilmiş nazirlər hökümətə qarşı üsyanda, dövlət əmlakını mənimsəməkdə ittiham edilirlər. Bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.