Bizimsesimiz.info // Kataloniya parlamenti respublikanın İspaniyadan müstəqilliyinin elan olunması haqqında qətnaməni səs çoxluğu ilə qəbul edib.

SalamNews TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermənin nəticələrini məclisin sədri Karme Forkadel elan edib. Səsvermə gizli keçirilib. Parlamentin sədri deputatları adbaad tribunaya çağırıb. Onlar bir-bir gələrək bülletenləri qutuya atıblar.

Müstəqillik elan olunmasının əleyhinə çıxan müxalif deputatlar qətnamə səsə qoyulmazdan əvvəl iclas salonunu tərk ediblər.

Xatırladaq ki, İspaniya Nazirlər Kabinetinin oktyabrın 21-də keçirilən təcili iclasında Kataloniyaya qarşı konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq qərara alınıb. Madrid Karles Puçdemonu və Kataloniya hökumətinin üzvlərini vəzifədən kənarlaşdırmaq və muxtariyyətdə seçkilər keçirmək istəyir. Bu qərar İspaniya senatında təsdiqlənməlidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here