Bizimsesimiz.info // İspaniyanın Katalonya muxtar bölgəsində aylardır davam edən müstəqillik referendumu böhranından sonra hal-hazırda İtaliya bənzər problem yaşayır.

İtaliyanın Lombardiya bölgəsi “daha çox muxtarlıq” tələbiylə bazar günü referenduma getməyə hazırlaşır.

Lombardiya 1948-ci ildə qəbul edilən konstitusiyaya əsasən muxtarlıq qazanıb.

Bölgənin lideri Roberto Maroni deyib:

“Biz Kataloniya deyilik. Biz İtaliyanın içində daha çox muxtarlıq istəyirik, Kataloniya isə Avropa İttifaqının 29-cu ölkəsi olmaq istəyir. Biz hələlik istəmirik.

Düzdür, Kataloniyanı bir rəqib kimi görürük, ancaq son proseslər bizi məyus edir. Şirkətlər Kataloniyanı tərk etdiyi üçün sevinmirik. Nələr olacağını görəcəyik.

Bazar günü olacaq referendumda lehinə nəticəsi çıxarsa, bunun Roma hökuməti üzərində bir hökmü olmayacaq, amma biz referendumdan aldığımız güclə daha yaxşı müqavilə bağlamaq üçün bazarlıq masasına otura biləcəyimizi düşünürük.”

İtaliya hökuməti referendumun gərəksiz olduğunu və konstitusiyanın onsuz da daha çox muxtarlığa icazə verdiyini xatırladıb.

R.Maroninin başlıca tələbi isə bölgəyə daha çox maliyyə azadlığının təmin edilməsidir.

Qeyd edək ki, İtaliyanın şimal bölgələriylə cənubu arasında böyük gəlir fərqləri var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here