Kataloniyanın keçmiş rəhbəri barədə həbs qərarı ləğv edildi

Bizimsesimiz.info // İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib.

SalamNews-un “İnterfax”a  istinadən verdiyi xəbərə görə, bu barədə “РТВЕ” teleradio şirkəti məlumat yayıb.

Məlumatda deyilir ki, hakim Pablo Lyarena K. Puçdemon və Kataloniyanın 4 keçmiş hökumət üzvü Antonis Komin, Lyuis Puç, Mariçel Serret və Klara Ponsatinin saxlanılmasına dair qərarı ləğv edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.