“KaTV”dən narazılıq: internetdə problem yaranıb

“KaTV”nin internet xidmətində problem yaranıb.
Qaynarinfo xəbər verir ki, çox sayda internet istifadəçisi sosial şəbəkələrdə provayderin xidmətindən narazılıqlarını ifadə ediblər.
Onların sözlərinə görə, artıq uzun müddətdir “KaTV”nin interneti ilə yalnız sosial şəbəkələrə və “Google” axtarış sisteminə daxil olmaq mümkün olur.
İstifadəçilər həmçinin “KaTV”nin onları aldatdığını və internetin sürətinin həddən artıq aşağı olduğunu bildirirlər.
“Katv”dən Qaynarinfo-ya bildirilib ki, problemin nədən qaynaqlandığı bəlli deyil və günün sonuna qədər düzəlməlidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir