Bizimsesimiz.info // Keçmiş MKİ agenti Ceri Çun Şinq Li Çində ABŞ agentlərinin ifşa edilməsində rol oynadığı şübhəsilə FTB tərəfindən saxlanılıb.

53 yaşlı Li ABŞ-ın Çində qurduğu agent şəbəkəsini çökdürmək üçün Çin hökumətinə yardımçı olmaqda günahlandırılır.

ABŞ-ın Çindəki 10-dan çox agenti aşkar edilərək, öldürülmüş, bu vəziyyət MKİ içərisində Çinə işləyən casuslar ola biləcəyi və ya çinli hakerlərin MKİ-nin rabitə şəbəkəsinə sızmış ola biləcəyi şayiələrini doğurmuşdu. “The New York Times”-a görə, MKİ-dən 2007-ci ildə çıxan Ceri Çun Şinq Li Honq Konqa yerləşib.

2012-ci ildə ABŞ-a istirahət üçün gedən Linin çamadanı qaldığı oteldə FTB agentləri tərəfindən axtarılıb.

Çamadanda olan iki kiçik kitabda əl yazılarıyla yazılmış gizli məlumatlar yer alırdı. FTB tərəfindən ifadəsi alınan Li Honq Konqa geri dönüb. Xəbərə görə, Linin qeydlərində MKİ agentləri ilə gizli agentləri görüşmələrinə dair məlumatlar yer alır.

Li ötən həftə Nyu-Yorka yenidən gələndə Kenned Hava Limanında FTB tərəfindən yaxalanaraq, hakim qarşısına çıxarılıb. Milli təhlükəsizliyə aid gizli məlumatları bir başqa ölkəyə qeyri-qanuni yollarla transfer etməkdə günahlandırılan Li vətən xainliyi ittihamıyla mühakimə olunacaq.

Qeyd edək ki, son bir ildə daha 2 keçmiş MKİ agenti gizli məlumatları Çin dövlətinə ötürməkdən təqsirli bilinmişdi.//eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here