Bizimsesimiz.info  // Ankara sakinləri Rusiyanın Kemerovo vilayətindəki “Zimnyaya vişnya” (“Qış albalısı”) Ticarət-Əyləncə Mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı əlaməti olaraq Rusiyanın Ankaradakı Səfirliyinin önünə gül dəstələri və oyuncaqlar qoyurlar.

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.

Son məlumata görə, yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here