“Kişilərin 70 faizinə xanımları tərəfindən bu və digər formada psixoloji basqı edilir”

“Kişilərə qarşı zorakılıqdan söz düşəndə bəzən biz bunu təbəssümlə qarşılasaq da, belə bir problem var. Təbii ki, kişilərin qadınlara qarşı törətdiyi fiziki, psixoloji, iqtisadi, cinsi zorakılıq miqyasında olmasa da var. Lakin ənənəvi olaraq, kişilər baş verən zorakılıqla bağlı məlumatı bildirmir”. “Yeniavaz.com” xəbər verir ki, bunu “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

Təşkilat sədri Azərbaycanda kişilərə qarşı törədilən zorakılığı formalarını belə sıralayıb: ”

1. Fiziki – bu daha çox asosial ailələrdə alkoqol asılılığında olan kişilərə qarşı baş verə bilir. Faizlə o qədər də böyük deyil.

2. Psixoloji – düşünürəm ki, Azərbaycanda kişiyə qarşı zorakılıq deyəndə daha çox bu forma üstünlük təşkil edir. Buna aiddir, deyinmə, qaş-qabaq tökmə, yemək verməmək, küsmək, bəz hallarda kobud cavablar, ailəsi ilə ünsiyyətə manecilik, uşaqla ünsiyyətdə ona qarşı mənfi rəyin formalaşdırılması və s.

3. İqtisadi – iş qadınları bəzən daha çox pul qazandıqda kişilərin ənənəvi olaraq qadına qarşı iqtisadi asılılığını eynilə tətbiq edir. Bu da faiz hesabı ilə cüzidir.

4. Cinsi – bu barədə mənbələr susur.

5. Təqib – bu forma dəhşətli dərəcədə hər iki tərəfdən tətbiq edilir. Qadınlar kişilərin cibini, gəlirlərini, telefonunu, iş yerlərini yoxlamaqla, eynilə də kişilər qadınlarının çantasını, kimlərləsə ünsiyyətini, iş yerlərinə qəfil gəlib yoxlamaq və s. tətbiq edirlər.

Bütün bu fikirlərə yekun olaraq deyə bilərəm ki, ölkədə kişilərin 70%-i bu və digər formada psixoloji zorakılığın qurbanıdır. Lakin məişət zorakılığı qurbanı olduqlarını sübuta yetirəcək konkret dəlilləri məhkəməyə təqdim etmək imkanları məhddur. Çünki görünə bilən fakt tapmaq çətindir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir