Kitab oxumağın faydaları haqqında – Maraqlı kəlamlar
1. Mükəmməl yazıçıların əsərlərini oxuya-oxuya mükəmməl nitqə sahib olmaq olar ( F.Volter ).
2. Mədəniyyət – oxunmuş kitabların kəmiyyəti deyil, mənasını, ideyasını anladığımız kitabların kəmiyyətidir (Fazil İsgəndər ).
3. Kitab oxuyan insanlar televizora baxan insanları hər zaman idarə edəcək ( F.Janlis ).
4. Çox oxuduqca az yamsılayırsan, özün olursan ( Jül Renar ).
5. İnsanlar 2 kateqoriyaya bölünür: kitab oxuyanlar və kitab oxuyanları dinləyənlər ( Verber Bernard ).
6. Oxumağın təfəkkürə faydası fiziki hərəkətlərin bədənə olan faydasına bərabərdir ( Cozef Addison ).
7. Kitabları yandırmaqdan da pis cinayət, məsələn, onları oxumamaq ( Rey Bredberi ).
8. Savadlı olmaq üçün 10 dənə kitabı oxumaq kifayət edər, amma həmin kitabları tapmaq üçün minlərlə kitab oxumaq lazımdır.
9. Kitablar- zaman dalğalarında üzən düşüncə gəmiləridir, hansı ki, dəyərləri nəsildən nəsilə ötürür ( Frensis Bekon ).
10. Unutmayın: təsəvvürləriniz oxuduqlarınızla müəyyən olunur.
11. Yaxşı kitab aysberqə bənzəyir. Böyük və əsas hissəsi ilk baxışdan görsənir ( Ernest Heminqvey ).
12. Yazıçılar ölməmişdən öncə minlərlə həyatı yaşayırlar. Kitab oxumayan insanlar isə yalnız 1 həyatı yaşayırlar ( D.Martin )
13. Başqalarının ağıllı, hikmətli sözlərini oxuyarkən öz təfəkkürümüzdə də elə sözlər yaranmağa başlayır.
14. Mütaliyənin paradoksu: o, bizi reallıqla doldurmaq üçün reallıqdan uzaqlaşdırır ( D.Pennak ).