Körfəzdə daha bir böhran: “Bu ada işğal edildi”
Bizimsesimiz.info // Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Bab əl Məndəp boğazında Yəmənə aid Mayyun adasını gizlicə işğal edib.
Enter.News xəbər verir ki, bu barədə Yəmənin hərbi dairələri məlumat yayıb.
Belə ki, ABŞ-ın bununla bağlı Yəmən dövlət başçısı Əbdürrabi Mənsur Hadiyə peyk görüntüləri təqdim etdiyi bildirilir.
Həmin görüntülərdə BƏƏ-nin sözügedən adada hərbi baza da yaratdığı iddia edilib.
Məsələ ilə bağlı tərəflər açıqlama verməyib.
Qeyd edək ki, Mayyun adası dünya ticarətinin ən önəmli mərkəzlərindən biri sayılır.