Kralı Allahla müqayisə edən yazar işdən qovuldu

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Əlcəzirə” qəzetinin yazarı Anzi Səudiyyə kralı Salman bin Əbdüləzizi Allahla müqayisə etdiyinə görə işdən qovulub.

Sputnik xəbər verir ki, qəzetin yazı ilə bağlı üzrxahlıq yayımladığı və yazarı işdən qovduğu bildirilib.

Anzi kralı təriflədiyi köşə yazısında onu Allaha aid edilən 99 addan “Şədid ül İkab” (cəzalandırıcı) və “Halim” (xoşniyyətli) sözləri ilə xatırlayıb.