Kreml hərbi təbliğat “vintlərini sıxa” bilər – MTİ
Kreml Ukraynadakı müharibəni işıqlandıran rusiyalı hərbi bloqqerlər və müharibə müxbirləri arasında özünüsenzuranı təşviq etmək səylərini gücləndirə bilər.
Bizimyol.info xəbər verir ki, Moskvada “WarGonzo” Telegram kanalında işləyən rus hərbi təbliğatçısı Semyon Peqov saxlanılıb və sonra sərbəst buraxılıb.
“WarGonzo”nun məlumatına görə, Peqov sərxoş halda otel administratorunu hədələdiyi üçün saxlanılıb.
“…Pegov hərbi jurnalistdir və “WarQonzo”nun Rusiya hərbçiləri ilə geniş əlaqələri var və Rusiyanın 2014-cü ildə Donbassda, 2015-ci ildə Suriyada və 2022-ci ildə Ukraynada apardığı hərbi əməliyyatlara çıxışı var”, – deyə məlumatda deyilir.
Amerikanın Müharibələrin Tədqiqi İnstitutu (MTİ) iyul ayında məlumat vermişdi ki, Rusiya hakimiyyəti Ukrayna ilə müharibədə özünü “qalib” kimi qələmə vermək səylərinə xələl gətirən milbloggerlər arasında özünüsenzura təşviq etməyə çalışır: “Bəzi hərbi bloqçular açıq şəkildə Ukraynadakı rus qoşunlarının uğursuz fəaliyyətləri barədə bildiriblər. Kreml hələ milbloggerləri cəbhədən hazırladıqları reportajlara görə həbs etməyib. Peqovun saxlanması, əgər bu, onun Ukraynadakı reportajı ilə bağlıdırsa, Kremilin Rusiyanın informasiya məkanına nəzarət etmək səylərində mühüm addım olardı”, – İnstitut vurğulayıb.
Qeyd edək ki, Semyon Peqov Azərbaycanın apardığı 44 günlk Vətən Müharibəsi zamanı Ermənistanın təbliğatçısına çevrilmişdi. Cəbhədən hazırladığı reportajlarda tamamilə yalan məlumatlar verərək ictimayətdə yanlış münasibət formalaşdırmağa çalışırdı. Bundan başqa, Ukraynadakı müharibədə də onun necə yalan reportaj hazırlaması barədə videogörüntülər yayılmışdı.
Most recently, it was demonstrated that PHGDH catalyzes NADH dependent reduction of О± ketoglutarate to the oncometabolite D 2 hydroxyglutarate D 2HG Fan et al lasix 40 mg