Kreml rublun ucuzlaşması haqqında: Bu, təbii prosesdir

Kreml rublun məzənnəsinin qeyri-sabit olmasından narahat deyil.

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu təbii bazar volatilliyi adlandırıb:

“Rubl zəifləyə də bilər, sonra korreksiya başlaya bilər. Son günlər məhz bu volatilliyi müşahidə edirik. Bu, təbii bazar prosesləridir”.

Qeyd edək ki, bu gün Rusiyada 1 avro 79,56 rubla, 1 dollar isə 68,1 rubla satılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir