Bizimsesimiz.info// “Sonuncu dəfə Bakıda Azərbaycan yığmasına qarşı oynayanda 0:2 hesabı ilə uduzmuşduq. Ona görə də, ötən ilin noyabrındakı matçın nəticəsi onlar üçün gözlənilməz oldu. Bu dəfə isə çox ehtiyatlı olacaqlar. İndi barəmizdə daha çox şey bilirlər”.

“Report”un məlumatına görə, bunu Şimali İrlandiya millisinin futbolçusu Kris Brant iyunun 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu “İndependent”ə dəyərləndirərəkən deyib.

İngiltərənin “Vest Bromviç” klubunun formasını geyinən 33 yaşlı müdafiəçi hesab edir ki, topu Azərbaycan yığmasının müdafiə olunduğu sahələrdə ələ keçirə bilsələr, uğur qazanacaqlar: “Noyabrda Belfastda 4:0 hesabı ilə qalib gəldiyimiz matçda məhz bu cür etmişdik. Lakin əminəm ki, bu dəfə onlar daha hazırlıqlı olacaqlar. Bütün görüşlərə necə hazırlaşırıqsa, bu dəfə də eyni qaydada məşq edirik. Hazırkı seçmə mərhələdə bir neçə oyunu buraxmalı oldum. Lakin uşaqlar yaxşı çıxış etdilər. Qrupda lider Almaniyanı qabaqlamaq üçün möcüzəyə ehtiyac duyulur. Lakin pley-off mərhələsinə vəsiqə əldə etmək üçün real şansımız var”.

Qeyd edək ki, Şimali İrlandiyanın evdə Azərbaycan millisinə 4:0 hesabı ilə qalib gəldiyi oyunda sonuncu qolu məhz Kris Brant vurub. İki yığma arasında növbəti görüş iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 5 turdan sonra Şimali İrlandiya 10 xalla 2-ci, Azərbaycan 7 xalla 4-cü pillədə qərarlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here