Küçədə akkardion ifa etməklə pul qazanan Eldar Manafov: “Kamança çalmağı Habil Əliyevdən öyrənmişəm” – FOTOLAR / VİDEO

-Özünüz haqqında məlumat verərdiniz. Necə oldu bu sahəyə gəldiniz?

-Manafov Eldar İsmayıloğlu 1961-ci ildə Əlibayramlı (Şirvan) şəhərində anadan olmuşam. Mən Korlar Cəmiyyətində sexdə fəhlə işləyirdim. Sovet hökuməti dağıldı, sexlər bağlandı, demək olar ki, Korlar Cəmiyyəti pis günə qaldı. Məcbur olub, oturub bu işlə məşğul olmağa başladım. 1996-cı ildən bu işlə məşğulam.

news-detail

news-detail

-Akkardionda ifa etməyi necə öyrənmisiniz?

-Mən 5 yaşımdan öyrənməyə başlamışam. Birinci müəllimim Habil Əliyev olub. Yəni o çalıb kamançada mən qulaq asmışam. Düzdür əvvəl həvəsim olub kamançaya, sonra gördüm ki, mənlik deyil. Sonra keçdim qarmona, ondan sonra da akkardiona.

news-detail

news-detail

news-detail

-Qazancınız nə qədər olur?

-Belə də. Şükür allaha. Camaat nə versə, allah bərəkət versin. Çox da verirlər, az da. Elə adamlar var ki, 1, 5 qəpik də atıb, demişəm allah bərəkət versin. Naşükür adam deyiləm.

news-detail

news-detail

-Küçə musiqisinə insanların münasibəti necədir?

-Sənətdi də. Pis baxanda var, yaxşı baxanda. Bir adamı hamı istəməz ki. Yaşlı adamam. Olur ki, elə sözlər deyirlər ürəyimə salıram. Amma neynəyim. Yaşıma yaraşmaz kimləsə ağız-ağıza vermək.

news-detail

news-detail

Enter.News