Kürd muxtariyyəti nazirinin İngiltərəyə qaçdığı iddia edildi

Bizimsesimiz.info // İraq Kürd Regional Rəhbərliyi (İKRR) təbii ehtiyatlar naziri Aşiti Havraminin Ərbil və Süleymaniyyə beynəlxalq təyyarə reysləri təxirə salınmadan bir gün öncə Ərbili tərk edərək, İngiltərəyə getdiyi iddia edilib.

Bu barədə Qoran (Dəyişiklik) Hərəkatı Süleymaniyyə deputatı Əli Heme Saleh sosial mediadakı hesabından açıqlama verib.

Açıqlamada Havraminin İraq Mülki Aviasiya Təşkilatının Ərbil və Süleymaniyyə beynəlxalq təyyarə reyslərini təxirə salmasından bir gün əvvəl bölgəni tərk etdiyini və hazırda Londonda olduğunu irəli sürdü.

Havrami və ya nazirlikdən isə hələlik bu iddiaya dair hər hansı bir açıqlama verilməyib. Qeyd edək ki, Aşiti Havrami 2006-cı ilin mayından bu yana İKRR-də təbii ehtiyatlar naziri vəzifəsində çalışır.

Xatırladaq ki, İraq parlamenti İKRR-in 25 sentyabrdakı qeyri-qanuni referendumunundan sonra beynəlxalq təyyarə reyslərinin təxirə salınması daxil olmaqla bir sıra sanksiya qərarı vermişdi.

İKRR-dəki iki hava limanından 29 sentyabrdan bu yana beynəlxalq təyyarə səfərləri aparılmır. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.