Küveyt Fələstinə 42 milyon dollar yardım ayırıb
Küveyt hökuməti Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) 42,1 milyon dollarlıq yardım edib.
Felestin.info “MaanNews”-a istinadla xəbər verir ki, bu barədə Küveyt hökuməti məlumat yayıb.
Bildirək ki, UNRWA-da maliyyə böhranı bu ilin yanvarında ABŞ hökumətinin illik 350 milyon dollarlıq yardımı 60 milyonadək azaltması ilə başlayıb. ABŞ administrasiyası bununla guya Fələstin rəhbərlərini İsraillə danışıqlara girməyə məcbur etməyə nail olmağa çalışıb. Təşkilatın rəsmi saytına əsasən, ABŞ-ın etdiyi yardımlar təşkilatın ümumi büdcəsinin üçdəbirini təşkil edirmiş.