Küveyt hökuməti İsrailin əl-Xəlil şəhərilə bağlı son qərarından sonra təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.

Felestin.info “Palinfo”-ya istinadla xəbər verir ki, Netanyahu hökuməti həzrət İbrahim peyğəmbərin məqbərəsinin yerləşdiyi əl-Xəlil (Habrun) şəhərində beynəlxalq müşahidəçi missiyanın mandatlığının ləğv edilməsi barədə göstəriş verib. Buna cavab olaraq Küveyt BMT-dən tədbir görməyi tələb edib.

BMT TŞ-nin fevral ayı üzrə sədri Anatolio Ndonq Mba keçirdiyi mətbuat konfransında hələ ki, Küveytin çağırışı ilə bağlı rəsmi qərar qəbul edilmədiyini açıqlayıb.

Bildirək ki, işğalçı İsrail rejiminin Baş naziri Benyamin Netanyahu həftənin əvvəlində etdiyi açıqlamada Habrunda Müvəqqəti Beynəlxalq İştirak proqramının mandatlığını növbəti müddətə uzatmaqdan imtina edib. Bu da tez-tez şəhərə basqın edən fanatik yəhudi miqrantlar tərəfindən yerli əhaliyə qarşı zorakılıqların artmasına rəvac verə bilər.

Qeyd edək ki, beynəlxalq missiya şəhərə 1994-cü ildə – fanatik israilli miqrant Barux Qoldştayn tərəfindən İbrahimi məscidində ibadətlə məşğul olan 29 fələstinli müsəlmanın qətlə yetirilməsindən sonra yerləşdirilib. Missiyanın tərkibində 60 nəfər fəaliyyət göstərir. Fəallar Norveç, İsveç, İtaliya, İsveçrə və Türkiyə vətəndaşlarından ibarət olur. Missiyanın mandatlığı hər 6 ayda yenilənir. Fəallar mütəmadi olaraq İbrahim peyğəmbərin qəbrinin yerləşdiyi şəhərdəki ictimai asayiş barədə İsrail, Fələstin və vətəndaşı olduqları ölkələrin hökumətlərinə hesabat verirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here