Bizimsesimiz.info // ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo Pxenyanın ABŞ-a nə vaxt nüvə zərbəsi endirməyə qadir olacağını açıqlayıb.

Bizimsesimiz.info “Report”a istinadla xəbər verir ki, bu barədə o, “CBS”-ə müsahibəsində bildirib.

MKİ rəhbərinin sözlərinə görə, söhbət bir neçə aydan gedir. “Əlbəttə mən (bunun-red) bir ildən sonra (baş verəcəyinə-red) deməyə şad olardım. ABŞ hökuməti səylə bu müddəti uzatmağa çalışır”, – deyə Pompeo qeyd edib.

Daha əvvəl ABŞ KXDR-in nüvə potensialını qiymətləndirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here