Bizimsesimiz.info // Ekspertlər regionda müharibənin başlayacağı halda, prosesə Şimali Koreyanın qonşuları Çin, Yaponiya və Cənubi Koreyanın da daxil olacağını hesab edirlər.

Politoloq Tofiq Abbasov “Report”a açıqlamasında bildirib ki, ABŞ hələ II Dünya müharibəsindən sonra başlayan Şimali Koreya problemini birdəfəlik həll etmək üçün KXDR-ə qarşı hərbi ssenari işləyib hazırlayıb: “Belə görünür ki, ABŞ Şimali Koreyanı hədəfə almaqla amerikalıların söylədiyi kimi, qanunsuz dövlətin mövcudluğuna son qoymaq istəyir. Güclü hərbi zərbə isə Koreya yarımadasının yenidən qurulması prosesində detanator rolunu oynaya bilər”, –

Onun sözlərinə görə, prosesin hərbi toqquşma olmadan gedəcəyi ehtimalı da var: “Bunun üçün problemə maraq göstərən dövlətlər, ilk növbədə qonşu Rusiya, Çin və Yaponiya əlini yanına salıb oturmamalı, qətiyyətli diplomatik addımlar atmalıdır”.

“Northeast Asian Military Studies” saytının müəllifi və redaktoru Vladimir Xrustalev rəsmi Vaşinqton və Pxenyanın bəyanatlarının rəqibə hesablandığını vurğulayıb: “Tərəflər güc nümayişi məqsədilə rəsmi surətdə bu və ya digər addımlar haqqında bəyanatlar verir, müəyyən hallarda birbaşa gücdən istifadə edəcəklərini bildirir. Hələlik bu, təbliğat xarakteri daşıyır. Amma vəziyyət sabit qaydada gərginləşir və olduqca ciddi görünür”.

Ekspert qeyd edib ki, Şimali Koreya ABŞ və onun sərhəddəki müttəfiqlərinin hərəkətlərini müharibə və təxribatlara hazırlıq kimi qiymətləndirir, belə hərəkətlərə təhdidlər və güc nümayişi ilə cavab verməyin zəruri olduğunu düşünür: “Elə bu böhranın əsas özəlliyi də ondan ibarətdir ki, ABŞ uzun illərdən sonra ilk dəfə özünü aparmaq tərzinə görə tam oxşar rəqiblə üz-üzə qalıb, koreyalılar amerikalıların güc tətəbiqi ilə bağlı hədəsinə eyni tərzdə cavab verir. Ona görə də hərbi əməliyyatlara keçid riski artır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here