“Lənətlənmiş çörək” gizəmi: Bütün sakinlər bir gündə dəli oldu: 66 ildir sirr çözülmür: CİA sınağı, yoxsa?
Bizimsesimiz.info // 1951-ci ildə Fransadakı kiçik bir qəsəbədə baş verənlərin sirri hələ də çözülməyib.
Cebhe.info xəbər verir ki, günlərin birində səhər yuxudan oyanan sakinlərin hamısı qəribə vəziyyətə düşdülər. Hamısı ilginc varlıqlar gördüyünü iddia edir, aqressiv davranır, başqasının üstünə hücum etməyə hazır idilər. Bütün qəsəbəlilərin eyni vəziyyətdə olduğunu görən yetkililər araşdırmaya başladı. Hadisə tarixə “Lənətlənmiş çörək” kimi daxil oldu və indi də gizəmini qoruyub saxlayır.
Olay Fransanın Grad bölgəsində kiçik bir qəsəbə olan Pont-Saint Espritdə baş verib. Qəsəbə sakinləri çox sakit həyat sürürdülər, kimsəylə işləri olmazdı. Gündəlik tələbatlarını ödəmək üçün çalışırdılar. Belə sakit günlərin birində -16 avqust 1951-ci ildə səhər saatlarında hər şey bir anda dəyişdi. Yuxudan oyanan qəsəbəlilər özlərini qəribə aparmağa başladılar. Qəribə davranışlar hamıda müşahidə edilirdi. Bəziləri qəsəbənin küçələrində əjdahaların gəzdiyini iddia edir, başqalarının üstünə hücum çəkir, aqressiv davranırdılar. O vaxt 11 yaşında olan Charles Granjhon evindən qaçaraq çıxdı və nənəsinin üstünə hücum edərək onu boğmağa başladı. İşçi Gabriel Validire özünün öldürüldüyünü iddia etməyə başladı. O deyirdi ki, otaq yoldaşının başı nəsə qəribə bir varlığa çevrilib, üstəlik qarnını da ilanlar yeyib.
Eyni gün evindən çıxan bir qadın isə iddia edirdi ki, ona pələnglər hücum edib. Sakinlərin hamısı xəyal görməyə başladı, qəribə şeylər danışır və bir-birlərinə inanırdılar. Hamısı iddia edirdi ki, evlərdə, küçələrdə ilanlar, əjdahalar, pələnglər gəzir. Əlaqədar qurumlar dərhal araşdırmaya başladı. 300 nəfər nəzarətə alındı, sorğu-sual edildi, həkim müayinəsindən keçdi. 50 nəfərin vəziyyəti daha pis idi və onlar dəlixanaya aparıldı. Orda da nəzarətə götürüldülər. Xəstələr iddia edirdilər ki, həkimlərin ürəyi yerindən çıxıb və onu yerinə qoymaq lazımdır. 8 gün sonra xəstələrdən biri özünü 2-ci mərtəbədən atdı. Düşdüyü yerdən qaçmağa başladı və “Mən təyyarəyəm” dedi.
Hadisədən bir neçə gün sonra artıq kəndin 7 sakini ölmüşdü. Olaylarda şübhəli bilinən şəxsin kəndin çörəkçisi Roch Briand olduğu deyilirdi. İddialara görə, onun ehtiyatsızlığı ucbatından çörəklərə xüsusi bir maddə qatılmışdı və nəticədə hər kəs qəribə duruma düşmşdü. Araşdırmalarda çörəyin içinə ergot adlı bitki göbələyi və ya köbələyin içindəki kimyəvi maddənin atıldığı aydın oldu. Ancaq o, çörəyə necə qarışmışdı?
LSD-nin ana maddəsi olaraq tanınan ergot göbələyi dünyadakı ən güclü hallüsinasiya yaradan maddələrədn biri olaraq tanınır. Araşdırmalarda qəsəbədəki qəribəliklərin səbəbinin məhz bu olduğu inamı yaransa da gizəm çözülmürdü. Ortaya sual çıxmışdı. Ergot göbələyi unun içinə qarışsa belə heç bir emal edilmədən bu qədər güclü hallüsinasiya dalğası yarada bilərdmi? Mütəxəssislər bunun mümkünsüzlüyünü qeyd edirdilər. Çünki çörəkbişirmə sexindəki yüksək temperaturda göbələk təsirini itirməli idi.
2 il sonra kənddəki intihar və qəribə olaylar barədə ilginc məlumatlar ortaya çıxmağa başladı. CIA- nın “MK-Ultra” adını verdiyi və beyin nəzarətinin hədəf alındığı sınaqlarda LSD-dən istifadə edildiyi deyilirdi. İnsanlara bu maddədən müəyyən miqdarda verməklə beyinləri nəzarətə götürülə bilərdi. Belə bir iddiaların ortaya atıldığı bir zamanda Frank Olson adlı şəxs özünü qaldığı hotelin 13-cü mərtəbəsindən ataraq intihar etti. Olson CİA-nın keçirdiyi bu sınaqlarda iştirak etmişdi. Ona da müəyyən miqdar bu maddədən verib beynini nəzarətə götürməyə çalışmışdılar.
Əldə ediən sənədlər dərman firması ilə bir CIA agenti arasında bu dərmanla bağlı müzakirələr aparıldığını təsdiqləyirdi. Bu sənədlərin üzə çıxması ilə qəsəbədəki hadisənin də məhz CİA sınağı olduğu iddiası ortaya atıldı. O dönəmdə Avropada LSD istehsalı ilə məşğul olan cəmi bir firma vardı və bu firma sözügedən qəsəbəyə cəmi 100 km məsafədə yerləşirdi. Bu da iddiaları təsdiqləyirdi. CIA ilə dərman firması arasında “MK-Ultra” layihəsi üçün əməkdaşlıq haqda razılıq əldə edilmişdi. Başqa sözlə, CIA-nın qəsəbə sakinlərinin çörəyinə bu maddəni qataraq insan beyninə nəzarəti hansı formada əldə saxlamağın mümkünlüyünü sınaqdan çıxardığı deyilirdi. SİA “soyuq müharibə” dövründə beynin nəzarətinə çox diqqət yetirirdi.
LSD tibb ədəbiyyatında indiyə qədər də ən güçlü hallüsinasion maddə olaraq tanınır. Ondan müəyyən miqdarda istifadə insanın ağlını itirməsinə səbəb ola bilər. Sınaqlardan birində LSD-nin 297 milliqramı bir filə vurulmuşdu və fil bir neçə saniyədə ölmüşdü.
Beləliklə, 300 nəfər qəsəbə sakini uzun müddət qəribə davranışlar sərgiləməkdə davam etdi. 7 nəfər öldü. Onlarla adam dəlixanaya yerləşdirildi. CIA isə iddiaları qətiyyətlə təkzib etdi. Beləliklə, 1951-ci ildə o balaca qəsəbədəki “Lənətlənmiş çörək” əhvalatı hələ də gizəmini qoruyub saxlayır.